Ölkəmizdə özəl tibb müəssisələri arasında xüsusi yer tutan, “Baku Medical Plaza” klinikalar şəbəkəsi artıq 15 ildən çoxdur ki, fəaliyyətini uğurla davam etdirir. Klinikanın Babək filialı, “Medilux” filialı və “IMC-2” filialları ilə yanaşı 2013-cü ildən fəaliyyət göstərən Mərkəz filialı da müasir tibbi yanaşması, peşəkar həkim heyəti ilə vətəndaşlara yüksək keyfiyyətli tibbi xidmətlərini təqdim edir.
Klinikanın müasir tibbi xidmətləri, fəaliyyət istiqaməti ilə tanış olmaq üçün BMP Mərkəz filialının direktoru Tamara Rəsulova ilə həmsöhbət olduq.
Tamara xanım, “Baku Medical Plaza” klinikalar şəbəkəsi ölkəmizdə səhiyyə sektorunda bir çox yeniliklərə imza atıb. Klinikanın Mərkəz filialında bu günə qədər cəmiyyətin sağlam gələcəyi üçün əhaliyə fasiləsiz tibbi xidmətlər göstərilib. Hazırda filialda hansı tibbi xidmətlər təqdim olunur?
Öncə qeyd edim ki, “Baku Medical Plaza” kliniklar şəbəkəsi artıq illərdir ki, peşəkar həkim komandası, yüksək səviyyəli tibbi xidmətləri ilə insanların etibar etdiyi tibb müəssisəsidir. Hazırda Mərkəz filialının 18 ixtisaslaşmış, kardiocərrahiyyə, kardiologiya, doğum, neonatologiya, pediatriya, ümumi cərrahiyyə, reanimasiya, şüa-diaqnostika və digər şöbələrində vətəndaşlara fasiləsiz tibbi xidmət göstərilir. Hər bir pasiyentin diaqnostikadan müalicə prosesinə qədər sağlamlığına qovuşmasını təmin edirik. Mərkəz filialı yeni nəsil tibbi avadanlıqlarla təchiz olunub. Bununla klinikada ən mürəkkəb cərrahi əməliyyatlar uğurla həyata keçirilir. Lakin bizim ən böyük üstünlüyümüz illər ərzində formalaşmış yüksək istixaslı komandamızdır. Peşəkar həkim heyət sayəsində insanların ümid yeri olduğumuzu bilmək bizim üçün qürurvericidir.
Tamara xanım, “Baku Medical Plaza”nın Sumqayıt filialının fəaliyyətə başlaması region sakinləri üçün hansı üstünlükləri yaradacaq?
“Baku Medical Plaza” klinikalar şəbəkəsi fəaliyyət coğrafiyasını genişləndirərək artıq Sumqayıt şəhərində də pasiyentlərə xidmət göstərməyə başlayıb. Sumqayıt filialının fəaliyyətə başlaması ilə region sakinləri paytaxta gəlmədən yüksək ixtisaslı tibbi xidmətlərdən yararlanmaq imkanı əldə edirlər. Filialda “Baku Medical Plaza” Mərkəz filialının təcrübəli və yüksək ixtisaslı həkimləri mütəmadi olaraq pasiyent qəbulu həyata keçirir, konsultasiya, diaqnostika və müalicə xidmətləri göstərirlər. Bu yanaşma sayəsində vətəndaşlar eyni keyfiyyət standartlarına malik tibbi xidməti artıq yaşadıqları bölgədə əldə edə bilirlər. Bizim əsas məqsədimiz yalnız paytaxtda deyil, regionlarda da müasir, əlçatan və keyfiyyətli tibbi xidmət göstərməkdir. Peşəkar həkim komandamız, müasir tibbi yanaşmamız və yüksək xidmət standartlarımız sayəsində Sumqayıt və ətraf bölgələrdə yaşayan vətəndaşların sağlamlığının qorunmasına töhfə verməyi hədəfləyirik. Bu, “Baku Medical Plaza”nın ölkə üzrə keyfiyyətli səhiyyə xidmətini daha geniş auditoriyaya çatdırmaq strategiyasının mühüm tərkib hissəsidir. Həkimlərin qəbul tarixləri barədə məlumatlar mütəmadi olaraq aşağıdakı linklər vasitəsilə sosial hesablarımızda paylaşılır.
Ürək-damar xəstəlikləri dünyada olduğu kimi ölkəmizdə də ən aktual sağlamlıq problemlərindən biridir. Bu xəstəliklərinin müalicəsində Kardiocərrahiyyə şöbəsi əsas bölmələrdəndir. Şöbədə ürək-damar xəstəliklərinin müalicəsi hansı istiqamətlər üzrə həyata keçirilir?
Kardiocərrahiyyə şöbəsində ürək-damar xəstəliklərinin cərrahi müalicəsi müasir tibbi standartlara uyğun həyata keçirilir. Təcrübəli kardiocərrahlar, kardioloqlar, anestezioloqlar və reanimatoloqlardan ibarət komandamız tərəfindən hər bir pasiyentə fərdi yanaşılır. Şöbə müasir tibbi avadanlıqlarla təchiz olunub və burada koronar şuntlama, ürək qapaqlarının cərrahiyyəsi və digər mürəkkəb ürək əməliyyatları uğurla icra olunur. Ürək cərrahiyyəsində hər dəqiqənin öz hökmü var. Buna görə də məqsədimiz pasiyentlərə vaxtında, təhlükəsiz və yüksək keyfiyyətli tibbi yardım göstərərək onların sağlam həyatına qayıtmasına dəstək olmaqdır.
Sirr deyil ki, Mərkəz filialının da Təcili Tibbi Yardım şöbəsi hər zaman operativ müdaxiləsi və peşəkar yanaşma metodları ilə fərqlənib. 24/7 fəaliyyət modeli çərçivəsində vətəndaşlara daha hansı imkanlar təqdim edilir?
Bu istiqamət bizim üçün xüsusi önəm kəsb edir. Personalın qeydiyyat əməkdaşlarının fəaliyyətindən başlayaraq bütün mərhələlər daim tərəfimizdən izlənilir. Təlimlər mütəmadi təşkil olunur. Klinikamızda Təcili Tibbi Yardım şöbəsi pasiyentlərə operativ və təhlükəsiz tibbi yardım göstərmək məqsədilə günün 24 saatı, həftənin 7 günü fasiləsiz fəaliyyət göstərir. Şöbənin peşəkar komandası tərəfindən kardioloji, travmatoloji, ginekoloji və pediatrik hallar, müxtəlif mənşəli qanaxmalar və digər həyati risk daşıyan vəziyyətlərdə tibbi müdaxilələr həyata keçirilir. Müraciətlər daxil olduğu andan etibarən pasiyent dərhal müayinə olunur, diaqnoz dəqiqləşdirilir və müalicəyə başlanılır. Bizim üçün əsas prinsip vaxtında və düzgün edilən müdaxilədir. Hazırda Təcili Tibbi Yardım xidmətimiz yeni nəsil ambulans avtomobilləri və müasir tibbi avadanlıqlarla təchiz olunub. Bu isə vətəndaşlara daha sürətli xidmət göstərməyə və riskləri minimuma endirməyimizə imkan verir.
Kritik vəziyyətdə olan pasiyentlərin müalicəsində Reanimasiya və İntensiv Terapiya şöbəsinin hər bir klinikada ən vacib bölmələrdən biridir. “Baku Medical Plaza”nın Mərkəz filialında bu şöbənin fəaliyyəti digərlərindən nə ilə fərqlənir?
Bəli. Reanimasiya və İntensiv Terapiya şöbəsi Mərkəz filialının ən vacib bölmələrindən biridir. Burada həyati təhlükəsi olan və vəziyyəti ağır qiymətləndirilən pasiyentlərə 24 saat tibbi xidmət göstərilir. Burada əsas üstünlüyümüz illərin təcrübəsinə əsaslanmış multidissiplinar komandanın formalaşmasıdır. Təcrübəli reanimatoloqlar, müxtəlif ixtisaslar üzrə həkimlər və peşəkar tibb personalı bir komanda şəklində çalışaraq hər bir pasiyentin müalicəsini daim nəzarətdə saxlayırlar. Şöbə ən müasir reanimasiya və intensiv terapiya avadanlıqları ilə təchiz olunub və pasiyentlərin sağlamlıq durumu, bütün həyati göstəriciləri fasiləsiz şəkildə monitorinq olunur. Eyni zamanda, Mərkəz filialı tərəfindən ağır vəziyyətdə olan pasiyentlərinin təhlükəsiz tibbi təxliyyəsi də həyata keçirilir.
Müasir tibbdə dəqiq diaqnostika uğurlu müalicənin əsasını təşkil edir. Mərkəz filialında diaqnostika xidmətləri hansı şəkildə icra olunur?
Diaqnostika bizim xidmət modelimizin əsas sütunlarından biridir. Mərkəz filialında kompüter tomoqrafiyası (KT), maqnit-rezonans tomoqrafiyası (MRT), exokardioqrafiya (EXO), ultrasəs müayinəsi və digər müasir diaqnostik xidmətlər həyata keçirilir. Bütün müayinələr əvvəlcə müasir tibbi avadanlıqlar vasitəsilə icra olunur və nəticələr ixtisaslaşmış həkim heyəti tərəfindən təhlil edilir. Daha sonra klinik rəy hazırlanır. Təbii ki, hər bir pasiyentə fərdi yanaşma xəstəliyin vaxtında və düzgün müəyyən edilməsinə, uyğun müalicənin aparılmasına və daha yaxşı nəticənin əldə olunmasına imkan yaradır. Unutmayaq ki, düzgün diaqnoz uğurlu müalicənin əsas şərtidir.
Mərkəz filialının ginekologiya, pediatriya, travmatologiya şöbələrində göstərilən xidmətlərin əsas üstünlükləri hansılardır?
Ümumiyyətlə BMP Mərkəz filialının bütün şöbələrində pasiyentlərə peşəkar tibbi xidmət göstərilir. Ginekologiya şöbəsində xüsusilə uşaqlıq qanaxmaları, kəskin ginekoloji ağrılar və digər təcili vəziyyətlərdə fasiləsiz şəkildə pasiyentlərə tibbi yardım edilir. Vaxtında edilən müdaxilə sayəsində ağırlaşma riski minimuma endirilir və pasiyent sağlamlığına daha tez qovuşur. Pediatriya şöbəsində övladlarımıza xüsusi diqqət və qayğı ilə yanaşırıq. Əsas fərqimiz gələcəyimiz olan övladlarımıza kompleks tibbi yanaşmanın təmin etməkdir.Çünki, məqsədimiz yalnız xəstəliyi müalicə etmək deyil, hər bir uşağın sağlamlığını qorumaqdır. Klinikamızın 24/7 fəaliyyət göstərdiyi üçün valideynlər günün istənilən saatında övladları üçün peşəkar tibbi yardım ala bilərlər.
Travmatologiya xidmətlərində əsas məqsədimiz sürətli diaqnostika və vaxtında müdaxilədir. Sınıqlar, zədələnmələr və digər travmatik hallarda pasiyentlərə həm cərrahi, həm də konservativ müalicə üsulları tətbiq olunur. Eyni zamanda, bərpa prosesinə də xüsusi diqqət yetirilir. Dəqiq diaqnostika üçün yeni nəsil texnologiyalardan, MRT cihazlarından istifadə edirik. Nəticədə zədə ilə yanaşı, gözlə görünməyən və mövcud olan problemlər də vaxtında aşkarlanır.
Tamara xanım, BMP klinikalar şəbəkəsində tibbi xidmətlərin yüksək səviyyədə idarə olunmasının əsas sirri nədir?
Səhiyyə sistemində ən böyük uğur təqdim edilən yüksək səviyyəli tibbi xidmət standartlarını qoruyub saxlamaqdır. “Baku Medical Plaza” klinikalar şəbəkəsinin məhz əsas məqsədi müasir tibbin imkanlarından yararlanaraq, vətəndaşlara keyfiyətli, beynəlxalq standartlara uyğun tibbi xidmət göstərməkdir. Uzun illər ərzində insanların etimadını qazanmağımızın əsasında məhz bu prinsip dayanır. Təbii ki, bu inamı qorumaq üçün düzgün idarəetmə sistemi, peşəkar komanda və doğru koordinasiyasının təşkili vacibdir. Klinikamıza müraciət edən hər bir pasiyentin sağlamlığı və göstərilən tibbi xidmətlərdən razı qalması bizim üçün xüsusi önəm kəsb edir. “Baku Medical Plaza” ailəsi olaraq, çıxdığımız bu yolda təcrübəli komandamız, müasir tibbi yanaşmamız ilə insanların sağlamlığına günəş kimi işıq saçmağa davam edəcəyik.
“Baku Medical Plaza” Mərkəz filialı: R.Behbudov, 389
www.bmp-az
012 909


