Azərbaycan və İndoneziya arasında qarşılıqlı investisiya imkanları, mümkün əməkdaşlıq istiqamətləri və iqtisadi forumun keçirilməsi məsələləri müzakirə olunub.
Məlumata görə, müzakirələr AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi ilə görüşdə aparılıb.
Y.Abdullayev Agentliyin fəaliyyəti, sahibkarlara göstərilən dəstək tədbirləri, ixracın və investisiyaların təşviqi mexanizmləri barədə məlumat verib. B.Helmi Azərbaycanla İndoneziya arasında iqtisadi, ticarət və investisiya əlaqələrinin gücləndirilməsində maraqlı olduqlarını bildirib.
Report.