Avstriya Baş naziri sabah Türkiyəyə səfər edəcək

Avstriya Baş naziri sabah Türkiyəyə səfər edəcək

Avstriya Baş naziri Kristian Ştoker Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə avqustun 10-da Türkiyəyə rəsmi səfər edəcək.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə ilə Avstriya arasında çoxşaxəli münasibətlərin bütün aspektləri müzakirə olunacaq.

Tərəflər mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində atıla biləcək addımları nəzərdən keçirəcəklər.

Report.