Aİ Şurası Ermənistanla ticarətin müvəqqəti liberallaşdırılmasını təsdiqləyib

Aİ Şurası Ermənistanla ticarətin müvəqqəti liberallaşdırılmasını təsdiqləyib

Avropa İttifaqı (Aİ) Şurası Aİ-yə Ermənistan ixracının təxminən 80 %-i üçün idxal rüsumlarının ləğvini nəzərdə tutan ticarətin liberallaşdırılması üzrə müvəqqəti tədbirləri təsdiq edib.

Bu barədə Aİ Şurasının saytında bildirilib.

Tədbirlər Rusiyanın tətbiq etdiyi ticarət məhdudiyyətlərindən sonra Ermənistan iqtisadiyyatının dəstəklənməsinə yönəlib və iki il ərzində qüvvədə qalacaq.

Yeni rejim çərçivəsində geniş çeşiddə Ermənistan mallarına, o cümlədən bəzi kənd təsərrüfatı məhsulları növlərinə idxal rüsumları dayandırılacaq.

Aİ Şurasında qeyd edilib ki, tədbirlər Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin (CEPA) məqsədlərinə uyğun olaraq Ermənistandan Avropa İttifaqına ticarət axınlarının qorunub saxlanmasına və gücləndirilməsinə töhfə verəcək.

Bununla yanaşı, idxalın avropalı istehsalçılara mənfi təsir göstərəcəyi təqdirdə Aİ bazarı üçün müəyyən şərtlər və qoruyucu tədbirlər nəzərdə tutulub.

Yekun qərar Avropa Parlamentinin plenar iclasda Avropa Komissiyasının təklifi ilə razılaşmasından sonra qəbul edilib.

Report.