Gəncədə 2 yeniyetmə qidadan zəhərlənib.
Hadisə şəhər ərazisində qeydə alınıb.
16 yaşlı T.Hidayətli və 15 yaşlı M. Salmanlı qida zəhərlənməsi diaqnozu ilə Gəncə şəhər Yolxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib.
Onlara tibbi yardım göstərilib, müalicələri davam edir.
İlkin ehtimala görə, yeniyetmələr pizza və ya dönər yeyiblər.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev
Qafqazinfo.