Sankt-Peterburqun mərkəzində, İsaakiyevskaya meydanında yerləşən Millerin tarixi malikanəsində böyük yanğın baş verib.
Yanğına mürəkkəblik üzrə üçüncü dərəcə verilib və alovun əhatə etdiyi ərazi 2 min kvadratmetrə çatıb.
Yanğının söndürülməsinə 125 nəfər və 31 texnika cəlb olunub.
İsaakiyev kilsəsinin qarşısında yerləşən binada yanğın baş verməsi barədə məlumat yerli vaxtla saat 20:11-də təcili xidmətlərə daxil olub. İlkin olaraq alov malikanənin birinci və ikinci mərtəbələrinə yayılıb, daha sonra yanğının əhatə etdiyi ərazi əhəmiyyətli dərəcədə genişlənib.
İlkin məlumatlara görə, xəsarət alan yoxdur.
Report.